ABŞ-də vitse-prezident Cey Di Venslə eyni soyada malik şəxs 2 illik həbs cəzasına məhkum edilib. Buna səbəb onun Vensi və Prezident Donald Trampı öldürməklə bağlı hədələri olub.
Oxu.Az-ın "Arqumentı i faktı" nəşrinə istinadən xəbərinə görə, bu barədə ABŞ-nin Miçiqan ştatının Qərb Dairəsi Prokurorluğundan məlumat verilib.
Məlumata görə, məhkum edilən şəxs Qrand-Rapids şəhərinin 67 yaşlı sakini Ceyms Donald Vensdir. Prokurorluğun bildirdiyinə görə, o, ABŞ prezidentini və vitse-prezidenti, eləcə də prezidentin övladlarından birini öldürməklə hədələr də daxil olmaqla, onlayn təhdid mesajları dərc edib.
Qeyd edək ki, vitse-prezidentin tam adı Ceyms Devid Vensdir. Doğulduğu zaman onun ikinci adı Donald olub.