ABŞ-də Çinin iki vətəndaşı Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinə (HDQ) qarşı casusluqda şübhəli bilinərək həbs edilib.
Oxu.Az bu barədə "Fox News" telekanalına istinadla xəbər verir.
Bildirilir, Çin vətəndaşları ABŞ HDQ-nin hərbçiləri və bazaları haqqında kəşfiyyat məlumatları toplayaraq, habelə Çinin Dövlət Təhlükəsizliyi Nazirliyinin tapşırıqlarını yerinə yetirmək üçün digər hərbi qulluqçuları əməkdaşlığa cəlb edərək agent kimi çıxış ediblər.
İndi Çin vətəndaşlarını 10 ilədək azadlıqdan məhrum etmə cəzası, habelə 250 min dollara qədər (təxminən 425 min manat - red.) cərimə gözləyir.