ABŞ-nin Miçiqan ştatında qəzaya uğrayan "F-16" qırıcısının pilotu hadisədən bir qədər əvvəl həyəcan siqnalı verərək təyyarənin quşla toqquşduğunu bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə "The New York Post" nəşri məlumat yayıb.
Uçuş əsnasında pilot dispetçerlə əlaqə saxlayaraq quşun hava gəmisinin mühərrikini sıradan çıxardığını deyib. Dispetçer qırıcını ən yaxın hava limanına yönləndirməyə çalışsa da, pilot təcili katapult etmək məcburiyyətində qaldığını bəyan edib.
Hadisədən sonra yerli hakimiyyət orqanları "F-16"nın qalıqlarının düşdüyü ərazinin 1 mil radiusunda insanların təxliyə edildiyini açıqlayıb.
ABŞ-nin Miçiqan ştatının şimalında "F-16" qırıcı təyyarəsi qəzaya uğrayıb.
Oxu.Az bu barədə NBC telekanalına istinadən xəbər verir.
Məlumata görə, insident yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə saat 22:00-da) baş verib. Təyyarənin pilotu katapult edə bilib, o, xəstəxanaya yerləşdirilib və vəziyyəti stabildir. Yerli sakinlərə evlərində qalmaları və pəncərələri açmamaları tapşırılıb.
Hadisənin səbəbləri barədə hələlik məlumat verilmir.