ABŞ-də "F-35" qırıcı təyyarəsi təlim poliqonunda qəzaya uğrayıb.
Oxu.Az xəbər verir ki, hadisə Nevada ştatında, Las-Veqasın şimalında baş verib.
Məlumata görə, pilot katapult edərək xilas olub və yüngül xəsarətlər alıb.
İlkin ehtimallara görə, qəza təyyarədə idarəetmə problemləri səbəbindən baş verib.
Hadisənin səbəbləri araşdırılır.