ABŞ-nin Alyaska ştatında 5.7 bal gücündə zəlzələ qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Ankoricdən 535 km şərqdə, ocağı isə 9 km dərinlikdə yerləşib.
İtki və dağıntı barədə məlumat verilməyib.