ABŞ-nin Vaşinqton ştatında yaşayış binasının yaxınlığında silahlı hücum baş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Pirs dairəsi polisinin saytında dərc olunmuş press-relizdə məlumat verilib.
Bildirilir ki, hadisə nəticəsində beş nəfər ölüb.
Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, 32 yaşlı cinayətkar yaxınlaşmamaq barədə məhkəmə qadağasını pozub. Hadisə yerinə gələn polislər evin qarşısında insanlara bıçaqla hücum edən kişini görüblər.
Polis hücumçuya atəş açıb və o, yerindəcə ölüb. Cinayətkar da daxil olmaqla dörd nəfər hadisə yerində, bir nəfər isə xəstəxanaya yerləşdirildikdən sonra ölüb.
İnsident yerli hakimiyyət orqanlarında narahatlıq yaradıb.