ABŞ-nin mərkəzi hissəsi olan Kolorado ştatında güclü meşə yanğını səbəbindən həbsxana təcili təxliyə edilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "NBC" telekanalı dövlət islah müəssisələri departamentinin məlumatlarına istinadən bildirib.
"179 məhbusun hamısı ehtiyat tədbiri olaraq koloniyadan təhlükəsiz şəkildə çıxarılıb", - deyə telekanal qeyd edib.
KİV-in məlumatına görə, artıq ştatda mindən çox yanğınsöndürən yanğınla mübarizə aparır. Yanğına "Li" adı verilib.
Bu arada, artıq 432 kvadrat kilometr ərazini bürüyən yanğın ştat tarixində ən böyük 6-lığa daxil olub.