ABŞ-nin Şimali Karolina ştatının Konkord şəhərində Milad ağacının işıqlandırılması mərasimi zamanı atışma baş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə şəhər hökuməti "Facebook" səhifəsində məlumat verib.
Məlumata görə, dörd nəfər güllə yarası alıb və xəstəxanaya aparılıb. Yaralılardan üçünün vəziyyəti kritik kimi qiymətləndirilir.
Tədbirin qalan hissəsi ləğv edilib. Polis hazırda müşahidə kameralarının görüntülərini araşdırır və şahidləri dindirir.