ABŞ Ədliyyə Nazirliyi ölkənin müdafiə şirkəti "L3Harris"in keçmiş top-menecerini məxfi məlumatları oğurlamaq və onu Rusiya ilə əlaqəli şəxsə satmaqda ittiham edib.
Oxu.Az bildirir ki, bu barədə "TechCrunch" onlayn nəşri Ədliyyə Nazirliyinin müvafiq sənədlərinə istinadən yazır.
Sənədlərdə qeyd edilir ki, Piter Uilyams məlumatların satışından 1,3 milyon dollar qazanıb. Bu iş üzrə dinləmələr 29 oktyabr tarixində keçirilməlidir.
Sənədlərdə deyilir ki, Piter Uilyams 2022-ci ilin aprelindən 2025-ci ilin iyununa qədər olan dövrdə Rusiya ilə əlaqəli şəxsə satmaq niyyəti ilə iki şirkətdən məxfi məlumatları oğurlayıb.
Məhkəmə sənədlərində bildirilir ki, o, Vaşinqtonda yaşayan Avstraliya vətəndaşıdır.