ABŞ-də Nyu-York şəhər hakimiyyət orqanları sakinlərə maaşlarını "Bitcoin"lə almağa icazə verəcək.
Oxu.Az bildirir ki, bu barədə Nyu-York meri Erik Adams məlumat verib.
"Şəhərdə edə biləcəyimiz bəzi şeylər var. Biz insanlara kommunal ödənişləri "Bitcoin"lərlə ödəməyə icazə verə bilərdik", - deyə o bildirib.
Şəhər hakimiyyət orqanları "Bitcoin"dən istifadənin mümkün variantlarını qiymətləndirəcək və bundan sonra bu məsələ ilə bağlı ştat rəhbərliyi və federal hökumətlə əməkdaşlığa başlayacaqlar.
Adams həmçinin qeyd edib ki, Nyu-York şəhərinin hakimiyyət orqanları məktəblilərə kriptovalyutalardan istifadə etməyi öyrətməyə başlayacaq. O, təlimin birbaşa məktəblərdə keçiriləcəyini vurğulayıb.