ABŞ-nin qərbində partlayış baş verib və nəticədə "Northrop Grumman" hərbi-sənaye konserni müəssisəsinə məxsus bina dağılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Air&Space Forces Magazine" nəşri məlumat verib.
"Partlayış "Northrop Grumman"ın Yuta ştatının Promontori şəhərində yerləşən "Innovation Systems" zavodunun binasını dağıdıb, hansı ki, şirkət burada hökumət və kommersiya müştəriləri üçün qatı yanacaqlı raket mühərrikləri istehsal edir", - deyə məlumatda bildirilib.
"Northrop" hadisə zamanı binada və onun ətrafında işləyən işçilərin heç bir ciddi xəsarət almadıqlarını qeyd edib.
Yerli televiziya kanalı hadisə yerindən helikopterdən çəkilmiş video paylaşıb və görüntülərdə partlayışın törətdiyi dağıntıların miqyası əks olunub. Zavodda yanğın qeydə alınmayıb.