Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Səbinə Hacıyeva: "Azıx mağarası silah anbarı kimi istifadə olunub"
"Xudavəng monastırındakı artefaktlar işğal dövründə çıxarılıb, divarlarındakı freskalar oğurlanıb".
Oxu.Az xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva aprelin 17-də Şuşada keçirilən "Postmünaqişə dövründə mədəni irsin qorunması və dirçəldilməsi" mövzusunda I İslam Dünyası Mədəniyyət Forumunda deyib.
Onun sözlərinə görə, Azərbaycan torpaqları işğaldan azad olunduqdan sonra Xudavəng monastırı ilə bağlı araşdırmalar aparılıb, arxeoloji məlumatlar öyrənilib:
"Bu məşhur kilsə işğal dövründə saxtalaşdırılıb, arxeoloji artefaktlar ərazidən çıxarılıb. Biz bu dağıntılara qarşı etiraz etməyə çalışmışıq. Ən dəhşətli hal isə divarlardakı freskaların kəsilib oğurlanmasıdır".
Xidmət rəisi, həmçinin azad olunan ərazilərdə işğal zamanı mədəni irsə vurulan zərbələrdən də danışıb:
"Təəssüf ki, ən qədim insan məskənlərindən biri sayılan Azıx mağarası Ermənistan işğalı zamanı silah anbarı kimi istifadə olunub. Ağdam şəhəri elə bir hala salınıb ki, biz oranı "Azərbaycanın Xirosiması" adlandıra bilərik. Füzulidə, demək olar ki, yararlı vəziyyətdə qalan tikili yoxdur".
Məhərrəm Əliyev
"I İslam Dünyası Mədəni Forumu" teqi üzrə xəbərlər
- Tural Novruzov: "Şuşada məscidlərin bəzilərinin yerlərini müəyyənləşdirmək mümkün deyil"
- Şuşada I İslam Dünyası Mədəni Forumu BAŞA ÇATIB
- Vebber Ndoro: "Bərpa layihələrinin uğurlu olması üçün yerli icmaların fəal iştirakı vacibdir"
- Emin Hüseynov: "Ağdam, Füzuli və Xocavəndin orta hesabla 40%-i minalardan təmizlənib"