Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Emin Hüseynov: "Ağdam, Füzuli və Xocavəndin orta hesabla 40%-i minalardan təmizlənib"
"Hazırda Ağdam, Füzuli və Xocavənd rayonlarında minalardan təmizlənmiş sahə orta hesabla 40% təşkil edir. Ağdam rayonunda təmizlənmə təxminən 50 faiz, Füzuli rayonunda 60 faiz təşkil edir".
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov aprelin 17-də Şuşada keçirilən "Postmünaqişə dövründə mədəni irsin qorunması və dirçəldilməsi" mövzusunda I İslam Dünyası Mədəniyyət Forumunda deyib.
O qeyd edib ki, Xocavənddə ərazinin yalnız kiçik bir hissəsi minalardan təmizlənib.
E.Hüseynov bildirib ki, Ağdam, Füzuli və Xocavənddə mədəni və tarixi abidələrin bərpası, dirçəldilməsi işləri ilə bağlı beşmərhələli proses izlənilir:
"Əvvəlcə hər şey baş plan və layihələndirmə ilə başlayır. Biz bütün əsas mərkəzlər üçün baş planlar hazırlamışıq".
Məhərrəm Əliyev