Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda güclü külək irigövdəli AĞACI AŞIRIB
Küləkli hava şəraiti Bakı şəhərində bir çox ağacların aşmasına və sınmasına səbəb olub.
Oxu.Az xəbər verir ki, belə bir hal Nizami rayonunun ərazisində yaşanıb.
Belə ki, güclü külək nəticəsində Cəmşid Naxçıvanski küçəsində irigövdəli bir ağac aşıb, digərinin isə budaqları qırılıb. Hazırda qırılmış ağac və ətrafa səpələnmiş budaqları ərazidə qalmaqdadır.
Hadisə ilə bağlı aidiyyəti quruma sorğu verilib.
Əzizə İsmayılova
"Küləyin fəsadları" teqi üzrə xəbərlər
Ən çox oxunanlar