ABŞ-nin Fremont şəhərində yerləşən, odun tullantılarından yanacaq qranulları istehsal edən "Horizon Biofuels" zavodunda güclü partlayış baş verib və zavod, sözün əsl mənasında, bir neçə hissəyə parçalayaraq darmadağın edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Shot" "Telegram" kanalı məlumat yayıb.
Qeyd olunur ki, partlayışın səsi hadisə yerindən bir neçə kilometr aralıda eşidilib. Hakimiyyət orqanları 6 kilometr radiusdakı ərazini təhlükəsizlik məqsədilə mühasirəyə alıb.