ABŞ-də bloqer qadın "Keçmiş həyat yoldaşım - pedofil haqqında sənədli filmə hazırlaşıram" adlı video çəkdikdən iki həftə sonra həyat yoldaşı tərəfindən güllələnərək öldürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Ostorojno, novosti" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, Oklahomada yaşayan 43 yaşlı bloqer Sara Gilson iyulun 11-də özünü guya gələcəkdəki sənədli filminin müsahibəsini hazırlayan insanların iştirak etdiyi məşhur trendə uyğun video yayımlayıb.
O, ərinin sonradan pedofil olduğunu öyrəndiyini qeyd edib. Paylaşımın açıqlamasında isə "kaş ki, bu zarafat olaydı" sözlərini yazıb.
Söhbət onun 48 yaşlı həyat yoldaşı, basketbol məşqçisi Ceremaya Daffidən gedib. Yerli telekanalların məlumatına görə, Sara ona qarşı məhkəmədən iki dəfə - 2021-ci ildə və bu il qoruma qərarı alıb.
İyulun 24-də yerli KİV Saranın öldüyünü bildirib. Polisə istinadən yayılan xəbərlərə görə, qadını əri güllələyib, özü isə daha sonra isə ehtimal ki, intihar edib.
Cütlüyün güllə yaraları olan meyitləri Saranın Ovaso şəhərindəki evində tapılıb.
Bloqerin son videosu ölümündən dörd gün əvvəl yayımlanıb.
