Komor adalarındakı qədim ərəb məhəllələri (mədinələr) ölkənin UNESCO-nun Dünya İrsi siyahısına daxil edilən ilk obyekti olub.
Oxu.Az UNESCO-ya istinadən xəbər verir ki, bu yaşayış məntəqələri XI əsrdə yaranıb, XIV-XV əsrlərdə isə müstəqil şəhər-dövlətlərə, daha sonra isə sultanlıqların mərkəzlərinə çevrilib.
UNESCO bildirib ki, mədinələr Komor adalarının qorunub saxlanılmış ənənələrinin və ada şəhər memarlığının mühüm nümunəsi kimi siyahıya daxil edilib. Tarixi ərazilərin ümumi sahəsi təxminən 30.5 hektardır.
Qeyd edək ki, bundan əvvəl UNESCO Yaxın Şərqdə yerləşən altı memarlıq abidəsini təhlükə altında olan Dünya İrsi siyahısına daxil etmişdi. Bunlara Livandakı beş qala və İordan çayının qərb sahilində yerləşən Sebastiya arxeoloji kompleksi daxildir.