ABŞ-də hökumətin fəaliyyətinin dayandırılması (şatdaun) səbəbilə 10 mindən çox aviareys gecikmə ilə uçub.
Oxu.Az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.
Bildirilir ki, aviaşirkətlər noyabrın 9-da ABŞ-də 2800-dən çox uçuşu ləğv ediblər, 10200-dən çox uçuşu isə gecikdiriblər.
Artıq 40 gün davam edən ən uzunmüddətli şatdaun həftələrlə maaş almadan işləyən hava nəqliyyatı nəzarətçilərinin və federal xidmətlərin digər qulluqçularının fəaliyyəti ilə bağlı ciddi çatışmazlıqlar yaranmasına səbəb olub.