"Konqres oktyabrın 1-nə kimi dövlət administrasiyasının maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini təsdiqləməsə, ABŞ hökuməti sentyabr ayında fəaliyyətini dayandıracaq".
Oxu.Az xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının rəhbəri Donald Tramp bildirib. Ağ Evin rəhbəri çıxışında "Sentyabr ayında işlərin dayandırılması ilə üzləşəcəksiniz" deyə qeyd edib.
Xatırladaq ki, Amerika Birləşmiş Ştatlarında şatdaun son dəfə yazda baş verib. İki ay davam edən şatdaun mayın 1-də yekunlaşmışdı.
Qaynar xətt:
(055) 224 12 12