Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

ABŞ-də səhiyyə sahəsində böhran: Yüzlərlə əməkdaş işdən çıxarıldı
ABŞ Prezidenti Donald Trampın Administrasiyası yüzlərlə əməkdaşının işdən çıxarılmasına göstəriş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə NBC telekanalı mənbələrə istinadən məlumat verib.
"Trampın Administrasiyası Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin yüzlərlə əməkdaşını, o cümlədən ictimai səhiyyə sahəsində əsas vəzifələrdə olanları da işdən çıxarıb", - deyə hesabatda bildirilib.
İşdən çıxarılanlar arasında Laboratoriya Rəhbərliyi Xidmətini təşkil edən təxminən iyirmi işçi də olub ki, bu qrup epidemiyalarla mübarizə üzrə hazırlıq məsələlərinə cavabdehlik daşıyır.
Əməkdaşların sözlərinə görə, işdən çıxarılmalarına səbəb kimi aşağı məhsuldarlıq göstərilib.
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- Ukraynanın taleyi necə olacaq?
- Donald Trampa sui-qəsdin yeni təfərrüatları məlum oldu
- Britaniyadan ABŞ-nin Ukraynanın təbii ehtiyatları ilə bağlı istəyinə REAKSİYA
- Trampdan danışıqlarla bağlı ANONS: Ərazilər Ukraynaya qaytarılacaq?
- Dövlət Departamenti Rusiya və ABŞ nümayəndə heyətlərinin İstanbul görüşünün yekunlarını açıqlayıb