Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
ABŞ-də şerif hakimi güllələdi
ABŞ-nin Kentukki ştatında hakim Kevin Mallinz öz kabinetində güllələnib. Cinayətdə şerif Mikki Staynz ittiham olunur, o həbs edilib.
Oxu.Az bu barədə kommersant.ru-ya istinadən xəbər verir.
Məlumata görə, şerif Staynz hakimin qəbul otağına girib, məhkəmə işçiləri də daxil olmaqla bütün iştirakçılardan çıxmağı xahiş edib və hakim Mallinzlə təkbətək danışmaq istədiyini bildirib. Bir müddət sonra oradan atəş səsləri eşidilib. Staynz əllərini qaldıraraq ofisdən çıxıb və polisə təslim olub.
Qətlin motivləri rəsmi olaraq müəyyən edilməyib. Polis fövqəladə hadisənin baş verdiyi ərazidə əsas küçəni mühasirəyə alıb. Yerli KİV-in məlumatına görə, bir neçə yerli məktəb də qısa müddətə bağlanıb.
Qeyd edək ki, Kevin Mallinz 2009-cu ildən Kentukki 47-ci dairə məhkəməsinin hakimi vəzifəsində çalışırdı.
Rəylər