ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhərində iki silahlı cani 1.8 milyon dollarlıq zirehli yük maşınını qarət edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə yerli "6ABC" telekanalı polisdəki mənbələrinə istinadən məlumat verib.
Bildirilib ki, silahlanmış şəxslər avtomobilə hücum ediblər və tez bir zamanda mavi rəngli maşınla gözdən itiblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları daha sonra tərk edilmiş həmin avtomobili başqa bir ərazidə tapıblar.
Lakin polis qarətçiləri hələ də tapa bilməyib. İstintaqa ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) mütəxəssisləri də qoşulublar.