ABŞ-nin Miçiqan ştatında ən böyük islahatçı (reformist) sinaqoqun mühafizə əməkdaşları binaya avtomobillə hücum edən silahlı şəxsi zərərsizləşdiriblər.
Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi məlumat yayıb.
Məlumata görə, şübhəli şəxs avtomobili binaya çırpıb və nəticədə nəqliyyat vasitəsi alışıb. Avtomobildən düşən tüfəngli şəxslə obyektdəki mühafizəçilər arasında atışma baş verib. Atışma nəticəsində hücumçu ölümcül yaralanıb.
Hazırda istintaq qrupu öldürülən şəxsin kimliyini müəyyənləşdirmək və hücumun motivlərini öyrənmək istiqamətində araşdırma aparır.
ABŞ-nin Miçiqan ştatının polisi cümə axşamı Vest-Blumfilddəki sinaqoqa hücum edildiyini bildirib.
Oxu.Az bu barədə "İnterfax" agentliyinə istinadən xəbər verir.
Qeyd edilib ki, binaya avtomobil çırpılıb, bundan sonra atışma baş verib. KİV-də yayılan videolarda hadisə yerindən yüksələn tüstü buludları görünür.
"NBC News"un məlumatına görə, yaralananlar və həlak olanlar barədə məlumat daxil olmayıb. Hücum edənin saxlanıldığı barədə də hələ məlumat verilməyib.