ABŞ Konqresinin otuzdan çox nümayəndəsi içərisində naməlum ağ toz olan məktublar alıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
Eyni tipli göndərişlər regional seçki komissiyalarının təmsilçilərinə də çatdırılıb.
Nəşrin məlumatında bildirilir ki, bu səbəbdən seçki komissiyalarının fəaliyyəti pozulub və binalarda təxliyə işləri aparılmalı olub. Bununla belə, ilkin ekspertiza nəticəsində tozun heç bir təhlükə daşımadığı məlum olub.
O da qeyd edilib ki, Konqresə aralıq seçkinin keçirilməsinə bir neçə həftə qalmış yüzdən çox belə məktub ünvanlanıb.
Xatırladaq ki, ABŞ-də aralıq seçki noyabrın 3-də baş tutacaq.