Oktyabrın 16-na olan məlumata görə, İranla münaqişənin ABŞ-yə ümumi maliyyə yükü 47,1 milyard dollar təşkil edib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Hill" nəşri məlumat yayıb.
Bildirilir ki, ABŞ Konqresinin Büdcə İdarəsi apardığı hesablamalar nəticəsində bu qənaətə gəlib. Vəsaitin 38 milyard dolları fevralın 28-dən avqustun əvvəlinədək, daha 9 milyard dolları isə sonrakı üç ay ərzində xərclənib.
Mütəxəssislərin hesablamalarına görə, münaqişə ABŞ büdcəsinə hər ay təxminən 2-3 milyard dollara başa gəlir.
Bundan əlavə, qeyd olunur ki, ABŞ-nin Hörmüz boğazında tətbiq etdiyi dəniz blokadası 100 gündən çoxdur davam edir. Bu isə hərbi gəmilərin yanacaq, ərzaq və digər resurslarla təminatına çəkilən xərcləri artırır.