Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
ABŞ-də təyyarə mebel zavodunun üzərinə düşdü: Ölən və yaralananlar var
Cənubi Kaliforniyada (ABŞ) dördnəfərlik "Van's RV-10" təyyarəsinin çırpıldığı yer "Michael Nicholas Designs" mebel istehsalı zavodudur. Həmin vaxt isə müəssisədə 200 işçi olub.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə yerli polisin yaydığı bəyanatında deyilir.
Bildirilir ki, təyyarədə olan iki nəfər (qeyri-rəsmi məlumata görə, pilot və onun 16 yaşlı qızı) ölüblər, anbarın işçiləri isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Həlak olanların kimliyi araşdırılır.
Qeyd olunur ki, təyyarə Orinc dairəsindəki hava limanından qalxdıqdan iki dəqiqə sonra düşüb. Təhlükəsizlik kameralarının görüntüləri göstərir ki, hava gəmisi binaya çırpılan vaxt yan tərəfə doğru əyilmiş vəziyyətdə olub.
Hava limanının əməkdaşının sözlərinə görə, pilot qalxışdan sonra hava nəzarətçilərinə təcili eniş etmək üçün geri dönəcəyini bildirib. Təyyarədəki problemin isə nədən ibarət olduğu açıqlanmayıb.
Son məlumatlara görə qəza nəticəsində daha 19 nəfər xəsarət alıb.
ABŞ-nin Kaliforniya ştatında kiçik təyyarə qəzaya uğrayıb.
Oxu.Az xarici KİV-ə istinadən bildirir ki, Fullerton şəhərində təyyarə binanın üzərinə düşdükdən sonra orada yanğın başlayıb.
Yerli polisin verdiyi məlumata görə, hadisə nəticəsində iki nəfər həlak olub, 18 nəfər yaralanıb.
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- ABŞ-də dəmiryol körpüsü qatar keçərkən uçub
- Dünya nəhəngi olan şirkət Türkiyədə dron fabriki açacaq
- İkiqat olimpiya mükafatçısı polis əməkdaşına hücum etdiyinə görə həbs edilib
- Bayden ABŞ-nin ən qədim poladəritmə şirkətini yaponlara satmaqdan imtina etdi
- Kaliforniyalı sörfçü tutduğu dalğa ilə rekordu yenilədi: Heyrətamiz görüntülər
Rəylər