ABŞ-nin Tallahassi şəhərində yerləşən Florida Dövlət Universitetinin kampusunda baş verən atışma nəticəsində beş nəfər həlak olub, azı altı nəfər yaralanıb.
Bu barədə Oxu.Az WFTV kanalına istinadla xəbər verir ki, yaralılardan birinin vəziyyəti kritik, qalanlarının vəziyyəti isə ağır kimi qiymətləndirilir.
İnsidenti törədənin saxlanılıb-saxlanılmaması hələlik məlum deyil. Telekanal qeyd edib ki, hansısa silahlı şəxs təhsil müəssisəsinin ərazisindən çıxarkən görüntülənib.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Atışma baş verən əraziyə yaxın olan bütün məktəblər təhlükəsizlik məqsədilə bağlanıb.