Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

ABŞ-də yeni şəhər yarana bilər
ABŞ-nin Texas ştatında İlon Maska məxsus "Space X" kosmodromunun yerləşdiyi Starbeyzdə yaşayış məntəqəsinin şəhər kimi qeydiyyatdan keçməsi ilə bağlı səsvermə baş tutub.
Oxu.Az "The Wall Street Journal" qəzetinə istinadla xəbər verir ki, səsvermədə nəzərdə tutulan şəhərin sərhədləri daxilində yaşayanlar - azı 300 nəfər iştirak edə bilərdi.
Səsvermədə cəmi 218 nəfər iştirak edib. 212 seçici "SpaceX"in obyektlərinin və yaşayış komplekslərinin birləşdirilərək şəhərə çevrilməsini dəstəkləyib, altısı əleyhinə səs verib.
Bülletenlər sayıldıqdan sonra dairə komissarları tərəfindən təsdiqlənməlidir, bundan sonra şəhər qeydiyyata alına bilər.
İ.Mask məsələ ilə bağlı "X" sosial şəbəkə hesabında yazıb: "Starbeyz, Texas. İndi əsl şəhərdir!".
"İlon Mask" teqi üzrə xəbərlər
- "Tesla" elektrik avtomobil sahiblərini aldatmaqda ittiham edilir
- Maraqlı layihə - Kosmik gəmilər Yerin energetikasını dəyişəcək
- "O, artıq aktyor deyil" – "Optimus" robotundan canlı performans
- Ember Herdin əkizlərinin atası İlon Maskdır?
- İlon Maskı ittiham edən Bill Qeyts 200 milyard dollar paylayacaq