Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
ABŞ-də yeniyetmə silahla beş nəfərin həyatına son qoyub
ABŞ-nin Vaşinqton ştatının Sietl şəhərində baş verən atışma nəticəsində azı beş nəfər ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Qeyd olunub ki, insident barədə polisə qonşular məlumat veriblər.
Evə daxil olan polislər orada beş nəfərin meyitini tapıblar. Ölənlərdən ikisi ortayaşlı, digər üç nəfər isə yeniyetmə olub. Atışma zamanı yaralanan daha bir gənc xəstəxanaya yerləşdirilib.
Polis şübhəli şəxsi saxlayıb. "Reuters" xəbər verib ki, onun 15 yaşlı yeniyetmə olduğu üzə çıxıb. Hadisəni törədənin kimliyi açıqlanmasa da, ölən və hücum edən şəxslərin qohum olduqları qeyd edilib.
Polis araşdırmanı davam etdirir, hadisəni motivləri hələlik bəlli deyil.
Rəylər