Ukraynaya bu ölkənin hərbi qulluqçularına təlim keçəcək amerikalı desantçılar gəliblər.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfiri Ceffri Payett öz tvitter hesabında yazıb.
“173-cü briqadanın desantçıları ukraynalı hərbçilərə təlim keçmək üçün Ukraynaya gəliblər”, - deyə, Payett yazıb.
Bundan əvvəl Ukrayna prezidentinin mətbuat katibi Syatoslav Tseqolko apreldə Ukraynada ölkənin milli qvardiyasının amerikalı mütəxəssislərlə təlim keçəcəyini yazmışdı.