Bu gün Gürcüstanın baş naziri İrakli Qaribaşvili SOCAR-ın prezidenti Rövnəq Abdullayevi qəbul edib.
Oxu.Az Gürcüstan hökumətinin mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, görüşdə cari investisiya layihələri və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.
Görüşdə qeyd olunub ki, SOCAR Gürcüstanın ən iri investorlarından biridir.
Görüşdə SOCAR-ın Gürcüstan Nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn də iştirak edib.
www.oxu.az