Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

ABŞ diplomatı Kubaya casusluğunu etiraf edib - VİDEO
ABŞ-nin Boliviyadakı keçmiş səfiri Viktor Manuel Roça məhkəmədə Kubaya casusluğunu etiraf edib.
Bu barədə mətbuatda dərc edilən məhkəmə sənədlərində qeyd olunub.
Viktor Manuel Roça 2023-ci ilin dekabrından casusluq da daxil olmaqla hökumətə qarşı müxtəlif cinayətlər törətməkdə ittiham olunurdu.
Əsas ittiham Viktor Manuel Roçanın 1981-ci ildən etibarən Kuba ilə əməkdaşlıq etməsi, Vaşinqtona qarşı kəşfiyyat toplama missiyasını yerinə yetirməsindən ibarət olub.
V.M.Roça Boliviyadakı diplomat fəaliyyətindən savayı, 1981-2002-ci illərdə ABŞ Dövlət Departamentində işləyib. Bundan başqa, o, 1994-1995-ci illərdə Ağ Evin Milli Təhlükəsizlik Şurasında çalışıb və təxminən 2006-2012-ci illərdə ABŞ Cənub Komandanlığının müşaviri olub.
İlk məhkəmə iclaslarında istintaqın ittihamlarını qəbul etməyən Viktor Manuel Roça ittiham tərəfinin inandırıcı sübutlarından sonra Kubaya casusluğunu etiraf edib.

Mənbə: Reuters
"Boliviya" teqi üzrə xəbərlər
- Boliviyada iki avtobus toqquşub: Onlarla ölü var
- Boliviyada avtobus aşdı: Çox sayda ölən var
- Venesuelanın Boliviyadakı səfirliyi atəşə tutulub
- İnsan alverində təqsirli bilinən Boliviyanin sabiq prezidentinin həbsinə order verildi
- Boliviyanın keçmiş prezidentinə qarşı ittiham: İnsan alveri ilə məşğul olub?