Boliviyanın Viaça şəhərində hərbi texnikaya xidmət mərkəzinin ərazisində baş verən partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
Oxu.Az mk.ru-ya istinadən xəbər verir ki, bu barədə Boliviya Müdafiə Nazirliyi məlumat yayıb.
Həmçinin bildirilir ki, ölənlər arasında bir serjant və altı çağırışçı olub. Hazırda operativ xidmətlər dağıntıları təmizləyirlər.
Xatırladaq ki, sentyabrın 4-də pirotexniki materialların olduğu obyektin bir hissəsində partlayış baş verib. Hadisənin səbəbləri hələlik açıqlanmır.
Qaynar xətt:
(055) 224 12 12