Fransanın "L'Équipe" qəzeti UEFA Çempionlar Liqasının bütün tarixi ərzində rəmzi komandasını tərtib edib.
Oxu.Az xəbər verir ki, heyətə argentinalı hücumçu Lionel Messi daxil edilsə də, turnirin tarixində ən yaxşı bombardir olan portuqaliyalı hücumçu Kriştianu Ronaldu bu siyahıya düşməyib.
Çempionlar Liqasının bütün tarixi üzrə rəmzi komandası:
Qapıçı: Rey Klemens ("Liverpul").
Müdafiəçilər: Daniel Karvahal ("Real Madrid"), Frans Bekkenbauer ("Bavariya"), Franko Baresi ("Milan"), Paolo Maldini ("Milan").
Yarımmüdafiəçilər: Luka Modriç ("Real Madrid"), Andres İnyesta ("Barselona").
Hücumçular: Lionel Messi ("Barselona"), Yohan Kroyff ("Ayaks"), Corc Best ("Mançester Yunayted"), Alfredo Di Stefano ("Real Madrid").