Braziliyanın "San-Paulu" futbol klubuna məxsus olan və içərisində 86 kq tetrahidrokannabinol (kannabis) narkotik vasitəsi daşıyan avtobus Boliviyada polis tərəfindən saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə UOL portalı məlumat yayıb.
Məlumata görə, hadisə komanda Cənubi Amerika Kubokunun 1/8 final mərhələsi çərçivəsində Boliviyanın "Bolivar" klubu ilə səfər matçına (1:1) yollanarkən baş verib.
Nəqliyyat vasitəsinə baxış zamanı dörd bağlama narkotik maddə aşkar edilib. Əməliyyat nəticəsində daşımaya cavabdeh olan üç sürücü həbs olunub. Braziliya təmsilçisinə səfəri davam etdirmək üçün yeni avtobus ayrılıb.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.