Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

ABŞ dövlət katibi Rubio Zelenskinin Krımla bağlı sözlərindən sonra London səfərini ləğv etdi
Ukrayna Prezidenti Volodimir Zelenskinin Krımın Rusiya ərazisi kimi tanınmasının qəbuledilməz olduğunu bəyan etməsindən sonra ABŞ dövlət katibi Marko Rubio Ukrayna böhranının həlli ilə bağlı danışıqlar aparmaq üçün Londona planlaşdırdığı səfərini ləğv edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The New York Times" nəşri yazıb.
Məlumata görə, aprelin 23-də Böyük Britaniyanın paytaxtında keçirilməsi planlaşdırılan görüşdə ABŞ tərəfi Kiyevə Rusiya tərəfindən 2014-cü ildə ilhaq edilmiş Krım yarımadası üzərində Rusiyanın suverenliyini tanımasını təklif etmək niyyətində idi. Lakin Zelenskinin jurnalistlərə bu variantın Ukraynaya üçün qəbuledilməz olduğunu deməsindən sonra Rubionun Londona səfəri ləğv edilib.
ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoffun görüşdə iştirak edib-etməyəcəyi hələ bəlli deyil. Sadəcə Ukrayna və Rusiya üzrə xüsusi nümayəndə Kit Kelloqun iştirakı təsdiqlənib. Danışıqlarda, həmçinin Böyük Britaniya, Fransa və Ukrayna hakimiyyəti nümayəndələrinin, o cümlədən Zelenskinin Ofisinin rəhbəri Andrey Yermakın, onun müavini Pavel Palisanın, xarici işlər naziri Andrey Sibiqanın və müdafiə naziri Rustem Umerovun da iştirak edəcəkləri gözlənilir.
Bu arada Britaniyanın "The Daily Telegraph" qəzeti yazır ki, görüşdə ABŞ-lilər münaqişənin həlli üzrə 7 bənddən ibarət plan təqdim edəcəklər. Plan dərhal atəşkəs əldə edilməsi, Moskva və Kiyev arasında birbaşa danışıqları, Ukraynanın NATO-ya üzv olmaqdan imtina etməsini, ABŞ-nin Rusiyanın Krım üzərində suverenliyini və 2022-ci ildən nəzarət altında olan ərazilər üzərində de-fakto tanımasını, Zaporojye AES-in Vaşinqtonun nəzarətinə verilməsini, ABŞ və Ukrayna arasında mineral ehtiyatlarla bağlı sazişin imzalanmasını, ABŞ-nin Rusiyaya qarşı bütün sanksiyalarının ləğvini, Vaşinqtonla Moskva arasında enerji əməkdaşlığının başlanğıcını nəzərdə tutur.
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- Kaliforniyada partlayış baş verib: Ölən var
- Marko Rubio: "ABŞ Ukrayna üçün güclü sülh planı təqdim edib"
- Tramp Putinlə telefon danışığının vaxtını açıqlayıb
- ABŞ-də qasırğa nəticəsində ölən və xəsarət alanların sayı artdı
- ABŞ-də 11 məhbus həbsxanadan qaçdı: Cinayətkarlar divarda "Çox asan idi" sözlərini yazıblar