Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
ABŞ Ədliyyə Nazirliyi "TikTok"u məhkəməyə verib
ABŞ Ədliyyə Nazirliyi 13 yaşından kiçik uşaqların şəxsi məlumatlarını topladığı üçün "TikTok" sosial şəbəkəsini məhkəməyə verib.
Oxu.Az xəbər verir ki, bu barədə "New York Times" məlumat yayıb.
Məlumata görə, iddia Kaliforniya Mərkəzi Dairəsinin federal məhkəməsinə verilib. Səlahiyyətlilər sosial şəbəkəni ABŞ qanunlarını pozaraq bilərəkdən 13 yaşından kiçik uşaqlara hesab yaratmağa icazə verməkdə və hətta tətbiqin "uşaq rejimi"ndə şəxsi məlumatları toplamaqda günahlandırır.
Ədliyyə Departamenti "TikTok" nümayəndələrinin hesabın böyüklərə və ya uşaqlara aid olub-olmadığını yoxlamaq üçün orta hesabla beş-yeddi saniyə sərf etdiyini bildirib.
Qeyd olunur ki, iddia "TikTok" ilə ABŞ hökuməti arasında yeni bir qarşıdurma mərhələsidir.
Xatırladaq ki, aprel ayında ABŞ Prezidenti Co Bayden ölkədə "TikTok"u potensial olaraq qadağan etmək təşəbbüsü barədə qanunlar paketini imzalayıb.
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- Tramp Kaliforniyada meşə yanğınlarının vurduğu ziyanı nüvə zərbəsi ilə müqayisə etdi
- ABŞ-də yeni terror aktları - Federal Təhqiqatlar Bürosu xəbərdarlıq etdi
- Ben Afflekin evinin yerləşdiyi məhəllə külə döndü: Qızı ilə kədərini paylaşdığı anlar görüntüləndi
- Kaliforniyada böyük yanğın: Hansı səbəblərdən baş verib?
- ABŞ NATO-dan çıxacaq?
Rəylər