ABŞ-ın Kaliforniya ştatından olan bir qrup demokrat nikahlar haqqında federal qanunu “daha neytral” etmək təklifi ilə çıxış ediblər.
Oxu.Az The Huffington Post-a istinadən xəbər verir ki, konqressmen Lois Kapps federal qanuna “ər” və “arvad” sözlərinin işlənməsi haqqda qadağa barədə qanun layihəsi təqdim edib.
“Bizim dəyərlərimizi bizim qanunlarda əks etdirmək vacibdir”, - konqressmen öz mövqeyini izah edib. Lois Kappsdan əlavə daha 23 nəfərin dəstəklədiyi layihəyə əsasən, bu terminlər daha neytral olan “həyat yoldaşı” termini ilə əvəz adilməlidir.