Rusiyalı biznesmen German Sterliqov Qarabağda dəyirman alıb.
Oxu.Az xəbər verir ki, bu barədə o sosial şəbəkədə səhifəsində yazıb.
“Bu gün Qarabağda əsl taxta dəyirman aldım – dəyirman daşında əsl un üyüdəcəm. Bu daşları dağ çayından gələn iti su fırladır.
Müqavilə çox sadə və heç bir rəsmiyyət olmadan bağlandı. Beh verilib və “Jiquli”nin kapotunda qəbz yazılıb və dəyirmanın sahibi və iki şahid tərəfindən imzalanıb. Dərhal yeddi kisə un üyütdük, yaxın günlərdə Allahın köməyi ilə satacağam”, - German Sterliqov yazıb.