Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

ABŞ Gürcüstana sanksiyalar tətbiq edir
"ABŞ Dövlət Departamenti onlarla Gürcüstan vətəndaşına, o cümlədən hökumət, parlament üzvləri və onların qohumlarına qarşı viza sanksiyaları tətbiq edir. Vaşinqton ölkədə qəbul edilən "xarici agentlər haqqında" qanunla bağlı əlavə tədbirlər görməyə hazırdır".
Bunu jurnalistlər üçün keçirilən növbəti brifinqdə Amerika Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.
"Viza məhdudiyyətlərinin ilk siyahısına "Gürcü Arzusu" partiyasının üzvləri, parlament üzvləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və adi vətəndaşlar daxildirlər. Sizə deyə bilərəm ki, biz əlavə sanksiyalar tətbiq etməyə və bütün lazımi addımları atmağa hazırıq", - deyə o əlavə edib.
Mənbə: TASS
"Sanksiyalar" teqi üzrə xəbərlər
- Böyük Britaniya iş adamı Fərhad Əhmədova qarşı sanksiyaları ləğv edib
- "Sanksiyalar cəhənnəmi": Senator Qrem ABŞ Konqresinə Rusiya ilə bağlı qanun layihəsi təqdim edəcək
- Pezeşkian etiraz etdi: "Kim deyib ki, biz ancaq neftlə yaşayırıq?"
- ABŞ İranla əlaqəli şəxslərə və şirkətlərə sanksiyalar tətbiq etdi
- Aİ Rusiyaya qarşı 16-cı sanksiyalar paketini TƏSDİQLƏDİ