Amerika Birləşmiş Ştatlarının (ABŞ) silahlı qüvvələri Karib dənizində narkotik ticarəti ilə məşğul olan şəxslərin gəmisinə zərbə endirib, nəticədə iki nəfər həyatını itirib.
Oxu.Az xəbər verir ki, hadisə ilə bağlı ABŞ-nin Cənub Komandanlığı rəsmi bəyanat yayıb.
On May 4, at the direction of #SOUTHCOM commander Gen. Francis L. Donovan, Joint Task Force Southern Spear conducted a lethal kinetic strike on a vessel operated by Designated Terrorist Organizations. Intelligence confirmed the vessel was transiting along known narco-trafficking… pic.twitter.com/8S1feXpSiL
— U.S. Southern Command (@Southcom) May 5, 2026
Qurumun "X" sosial şəbəkəsində yayımladığı açıqlamada bildirilir:
"Cənub Komandanlığının rəhbəri Fransis Donovanın göstərişi əsasında birgə əməliyyat qrupu tərəfindən hədəf alınan gəmiyə məhvedici zərbə vurulub. Kəşfiyyat məlumatları təsdiq edib ki, sözügedən dəniz nəqliyyatı Karib hövzəsindəki ənənəvi narkotik qaçaqmalçılığı yollarında hərəkət edib və qeyri-qanuni maddələrin daşınması məqsədilə istifadə olunub".