ABŞ hərbçiləri Sakit okeanın şərq hissəsində hərəkət edən sürətli katerə zərbə endiriblər.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) "X"də məlumat paylaşıb.
Bildirilib ki, kəşfiyyat məlumatları su nəqliyyat vasitəsinin Şərqi Sakit okeanda narkotik qaçaqmalçılığı üçün istifadə olunduğunu təsdiq edib.
Xatırladaq ki, bir gün əvvəl SOUTHCOM narkotik qaçaqmalçılığında iştirak etdiyi iddia edilən daha iki gəmiyə zərbə endirib. Nəticədə "narkoterrorçu" kimi müəyyən edilən beş nəfər həyatını itirib.