ABŞ-ın Florida ştatında yerləşən hərbi hava bazasında “Beechcraft B60” ikimotorlu təyyarə qəzaya uğrayıb. Hadisə zamanı dörd nəfər ölüb.
Oxu.Az xəbər verir ki, “WJHG” telekanalı təyyarənin Ohayo ştatından havaya qalxdığını bildirib.
Qəza Eqlin hərbi bazasının meşə massivində baş verib.
Hadisəyə səbəb kimi əlverişsiz hava şəraiti göstərilib.