Polisin Azərbaycanla sərhəd boyunca dislokasiya edilməsi Ermənistan ordusunda ciddi problemin olduğunu göstərir.
Oxu.Az-ın məlumatına görə, bunu mətbuat konfransında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
“Ermənistan KİV-lərində yayılan məlumatlara əsasən, polis və daxili qüvvələrin Azərbaycanla sərhəd boyunca dislokasiya edilməsi Ermənistan silahlı qüvvələrində şəxsi heyətin komplektləşdirilməsində ciddi problemin olduğunu, şəxsi heyətin çatışmazlığını göstərir”, - H.Hacıyev qeyd edib.
XİN rəsmisi bildirib ki, belə qanunsuz hərəkətlər Dağlıq Qarabağ münaqişəsinin həllinə mane törədir.
Kamil HƏMZƏOĞLU
www.oxu.az