ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Indianapolis" esminesinin göyərtəsində yanğın baş verib, nəticədə yeddi dənizçi yüngül xəsarətlər alıb.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri İnstitutu (USNI) məlumat yayıb.
Hadisə iyunun 24-ü gəmi limanda olarkən, Floridadakı Meyport hərbi-dəniz bazasında qeydə alınıb. Gəmi heyəti və yanğınsöndürənlər alovu operativ şəkildə söndürə biliblər.
Yanğın zamanı xəsarət alan yeddi dənizçi xəstəxanaya yerləşdirilib. Tibbi yardım göstərildikdən sonra onların hamısı evə buraxılıb və göyərtəyə qayıtmalarına icazə verilib.
Yanğının başvermə səbəbləri araşdırılır.