ABŞ prezidenti Barak Obama bəyan edib ki, Rusiyaya qarşı sanksiyalar hələ bir il də davam edəcək.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ evin saytında deyilir.
“Mən 13660 saylı fərmanla qüvvəyə minmiş milli fövqəladə vəziyyət rejiminin müddətini uzadıram”, - Obama deyib.
Öncə verilmiş məlumata əsasən, martın 3-də Obama Fransua Olland, Angela Merkel, Matteo Rentsi və Devid Kemeronla Ukrayna-Rusiya məsələsi və Liviyadakı vəziyyətlə bağlı videokonfrans keçirib.
www.oxu.az