Fars körfəzinin bir sıra ölkələrinin və ABŞ prezidentinin terroru dəstəkləməkdə ittiham etdikləri Qətər yaranan diplomatik qalmaqalda maraqlarını qorumaq üçün ABŞ-ın sabiq baş prokuroru olan Con Eşkrofta aid hüquq şirkətinə müraciət edib. Bunun üçün Qətər hakimiyyəti şirkətə 2,5 milyon dollar ödəyib.
Oxu.Az bu barədə moscow-baku.ru-ya istinadən xəbər verir.
“Şirkətin işi böhranın idarə, təhlil edilməsindən, KİV ilə iş, müştərinin beynəlxalq terrorizm ilə mübarizə sahəsində tarixi, müasir və gələcək səylərini təbliğ və işıqlandırmaqdan ibarət olacaq”, - şirkətin məktub-müraciətində bildirilir.
Məlumata görə, Eşkroft bu işdə şəxsən iştirak edəcək.
S.S.
www.oxu.az