Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
ABŞ-ın Suriyaya zərbələri zamanı Rusiyanın şansları qiymətləndirildi
Rusiyanın ABŞ-ın Suriyaya hücumlarının qarşısını almaq üçün Rusiyanın raket əleyhinə olan qurğularının sayı ABŞ-ın qanadlı raketlərinin sayından iki dəfə çox olmalıdır.
Oxu.Az xəbər verir ki, bu fikirləri “RİA Novosti”yə açıqlamasında Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu yanında Hərbi-siyasi Araşdırmalar Mərkəzinin eksperti Vladimir Korovin bildirib.
“Başa düşmək lazımdır ki, düşmən bizim hansı istiqamətdə nə qədər zenit-raket kompleksimizin olduğunu bilir və hücum taktikasını çoxdan seçib. Bugünkü fəaliyyətmizi nəzərə alaraq, bir qanadlı raketi məhv etmək üçün iki zenit raketinə ehtiyacımız var”, - o bildirib.
Ekspertin sözlərinə görə, Rusiya quru, hava və dəniz qüvvələri bu tapşırığın öhdəsindən bir qədər gələ bilərlər, ancaq heç bir tərəf bir-birindən üstün deyil:
“Biz 1991-ci ildəki İraq və ya 1999-cu ildəki Yuqoslaviya deyilik. Düşmənin həlledici üstünlüyü yoxdur. Bu da onları dayandıran səbəbdir”.
Sentyabrda “The Wall Street Journal” nəşrinin mənbəsi bildirib ki, ABŞ prezidenti Donald Tramp Suriya prezidenti Bəşər Əsədin dinc sakinlərə qarşı İdlibdə kimyəvi silahdan istifadə etməsi halında bu ölkədəki Rusiya və İran qüvvələrinə zərbələr endirmək məsələsini müzakirə edir.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Trampdan ABŞ-də cinsini dəyişdirən kişilərlə bağlı sərt qərar
- Trampla Putin nə vaxt görüşəcəklər?
- Tramp Kennedinin ölümü ilə bağlı məxfi sənədləri açmağa hazırlaşır: Ailədən reaksiya
- Peskov: "Putin Trampla danışmağa hazırdır, siqnal gözləyirik"
- ABŞ Dövlət Departamenti Blinkenin Belarusla bağlı bəyanatını öz saytından sildi
Rəylər