Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

ABŞ-İran danışıqları ərəfəsində Trampdan bəyanat: "Çiçəklənməsini istəyirəm, ancaq bir şərtlə"
ABŞ Prezidenti Donald Tramp İranı xoşbəxt və çiçəklənən bir ölkə kimi görmək istədiyini bəyan edib. Lakin onun dediyinə görə bunun üçün bir vacib şərt var - Tehranın nüvə silahına malik olmaması.
Oxu.Az-ın məlumatına görə, bu bəyanat iki ölkə arasında İranın nüvə proqramı ilə bağlı Omanda keçiriləcək mühüm danışıqlar ərəfəsində səslənib.
"Mən İranın nüvə silahına malik olmamasını istəyirəm. Mən İranın gözəl, böyük, xoşbəxt bir ölkə olmasını arzulayıram, lakin onun nüvə silahı olmamalıdır", - deyə ABŞ lideri vurğulayıb.
Xatırladaq ki, bu gün Omanda ABŞ və İran nümayəndələrinin görüşü keçiriləcək, burada İran nüvə proqramı ətrafında vəziyyətin tənzimlənməsi parametrlərinin müzakirəsi planlaşdırılır. Ağ Evin iddiasına görə, danışıqlar birbaşa, Tehranın iddiasına görə isə vasitəçilərin köməkliyi ilə aparılacaq. Ehtimal olunur ki, ABŞ nümayəndə heyətinə prezidentin xüsusi elçisi Stiven Uitkoff, İran nümayəndə heyətinə isə xarici işlər naziri Abbas Əraqçı rəhbərlik edəcək.
"ABŞ-İran münasibətləri" teqi üzrə xəbərlər
- İran: Pentaqon yeni Vyetnam və Əfqanıstanla üzləşə bilər
- Tehranla Vaşinqton arasında danışıqlar uğursuz olarsa, İsrail İrana dərhal hücum etməyə hazırlaşır
- Tehran ABŞ ilə nüvə danışıqlarının beşinci raunduna dair təklif alıb
- İran XİN: "Nüvə dosyesi ilə bağlı ABŞ-dən heç bir təklif almamışıq"
- Xamenei ABŞ Prezidenti Donald Trampı yalan danışmaqda ittiham etdi