ABŞ İranda hərbi hədəfləri vurduğuna dair görüntüləri yayımlayıb.
Oxu.Az xəbər verir ki, video ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial şəbəkə hesabında paylaşılıb.
Paylaşımda Pentaqon rəhbəri Pit Heqsetin sözlərinə yer verilib:
"Əgər siz amerikalıları öldürürsünüzsə, dünyanın hər hansı bir yerində bizi hədələyirsinizsə, biz üzr istəmədən və tərəddüd etmədən sizi tapacaq və məhv edəcəyik".